RU

Ukraynada müharibə davam edəcək, Maduro vəzifədən gedəcək... – Perulu şamanların QORXUNC PROQNOZLARI

Peruda bir qrup şaman dəniz kənarında rituallar keçirərək 2026-cı ildə dünyanı hansı hadisələrin gözlədiyini “öncədən görməyə” çalışıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.

Mərasimdən əvvəl şamanlar təbii halüsinojen maddələr qəbul ediblər.

Onlar milli musiqi alətlərinin sədaları altında xüsusi rəqslər edib, əllərində dünya liderlərinin portretlərini tutublar. Şamanlar bu təsvirlərin üzərində qılıncları çarpazlayıb, ətirli tüstülər yandırıb, bəzilərini isə ayaqlayıblar.

Şamanların “proqnozuna” görə, 2026-cı ildə Rusiya–Ukrayna münaqişəsi və digər qlobal müharibələr davam edəcək. Bundan əlavə, onlar ABŞ-ın sabiq prezidenti Donald Trampla bağlı narahatedici bir proqnoz səsləndiriblər. İddia edilib ki, Tramp 2026-cı ildə ciddi şəkildə xəstələnəcək və ABŞ buna hazır olmalıdır.

Rituallar zamanı Venesuelanın hazırkı prezidenti Nikolas Maduronun vəzifədən gedəcəyi də “öncədən bildirilib”.

Şamanlar həmçinin 2026-cı ildə Peruda keçiriləcək prezident seçkilərində keçmiş prezident Alberto Fuximorinin qızı — Keyko Sofiya Fuximori İquçinin qalib gələcəyini deyiblər. Qeyd edək ki, o, bu vəzifəyə artıq üç dəfə namizəd olub.

Qeyd edək ki, perulu şamanların proqnozlarının dəqiqliyi suallar doğurur. Belə ki, 2024-cü ilin sonunda onlar Qəzza böhranının nüvə mühairbəsinə səbəb olacağını iddia etmişdilər, lakin bu baş vermədi. Digər tərəfdən, 2023-cü ilin dekabrında şamanların Alberto Fuximorinin həbsxanada ölməyəcəyi iddiası da özünü doğrultmamışdı.

Bizim.Media

Избранный
70
1
bizim.media

2Источники