Qış “transfer pəncərəsi”ndə “Qarabağ”dan ayrılması gözlənilən 5 futbolçudan ibarət siyahının başında Marko Yankoviç var idi. Görünən qədəri ilə 30 yaşlı yarımmüdafiəçi “Qarabağ”da qalacaq.
Belə ki, klub ötən gün sosial şəbəkə hesabında ÇL-in liqa mərhələsinin ilk oyununda “Benfika”ya vurulan 3 qoldan birini – Yankoviçin Durana məhsuldar ötürmə verməsinipaylaşaraq “Yankoviç - Duran” yazıb. Görünür, klubla futbolçu arasındakı “buzlar əriyib”, qalmaqla bağlı razılaşıblar.
Xatırladaq ki, Yankoviçin Ağdam təmsilçisi ilə müqaviləsinin müddəti gələn ilin yayına qədərdi.
MÜZƏFFƏR QULUZADƏ
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта