RU

Dünyanın ən yaşlı pişiyi 30 yaşına çatdı


Dünyanın ən yaşlı pişiyi dekabrın 29-da 30 yaşını qeyd edib.
Yeniavaz.com
“Dexerto” portalına istinadla xəbər verir ki, 2022-ci ilin noyabr ayında “Flossi” adlı qısa tüklü Britaniya ev pişiyi “dünyanın ən yaşlı pişiyi” kimi Ginnesin Rekordlar Kitabına düşüb.
O vaxt onun yaşı 26 yaş 316 günlük olub. O vaxt onun yaşı təxminən 120 yaşlı insanın yaşına bərabər olub. Bu gün isə onun yaşı 140-160 yaşlı bir insanın yaşına bərabərdir.
“Flossi” ilk dəfə İngiltərənin Mersisayd şəhərindəki Müqəddəs Helens Xəstəxanası yaxınlığından tapılıb. Bu illər ərzində “Flossi”nin üç sahibi olub. Daha sonra Böyük Britaniyanın heyvanlar üçün xeyriyyə təşkilatı olan “Cats Protection” tərəfindən götürülüb.
Görmə və eşitmə problemləri olsa da, o, yaşına görə olduqca aktivdir.
Избранный
75
yeniavaz.com

1Источники