Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Mırtı kəndi ərazisində qeydə alınıb.
Belə ki, “Mercedes” və “VAZ 2106” markalı avtomobillərin toqquşub.
Nəticədə 2018-ci il təvəllüdlü uşaq həlak olub, biri azyaşlı olmaqla daha 4 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.
Yaralılar dərhal Göyçay rayon mərkəzi xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.