RU

Abşeronda 34 yaşlı kişi dəm qazından boğularaq ölüb

Abşeronda 34 yaşlı kişi dəm qazından boğularaq ölüb.

"Report"un məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.

1991-ci il təvəllüdlü Anar Məmmədov yaşadığı evin hamam otağında dəm qazından boğulub.

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.

Избранный
67
9
anews.az

10Источники