Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Publika.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Mırtı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes" və "VAZ 2106" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 1998-ci il təvəllüdlü Rauf Haqverdiyev, 1995-ci il təvəllüdlü Kərim Məsimov, 2000-ci il təvəllüdlü İsa Əliyev, 2006-cı il təvəllüdlü Loğman Əliyev, 2020-ci il təvəllüdlü O.M, 2020-ci il təvəllüdlü A.M xəsarət alıb. 2018-ci il təvəllüdlü N.M isə aldığı xəsarətlərdən vəfat edib.
Göyçay Rayon Mərkəzi Xəstəxanasından verilən məlumatda bildirilib:
"Bu gün saat 16:20 radələrində Göyçay rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 7 nəfər (kişi) Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.