RU

Dizel 10 qəpik bahalaşıb

Bakı. Trend:

Dizelin 1 litrinin qiyməti 1 manatdan 1 manat 10 qəpiyəqaldırılıb.

Trend-inməlumatına görə, bununla bağlı Tarif (qiymət) Şurası müvafiq qərarverib.

Bildirilib ki, son illərdə iri şəhərlərin artan əhalisi vəşəhərətrafı ərazilərdə məskunlaşanların çoxalması nəqliyyatsistemləri və mobilliklə bağlı yeni çağırışların ortaya çıxmasınasəbəb olub.

Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınmalarınındayanıqlılığının, sərnişinlərə göstərilən xidmətlərin keyfiyyətininvə təhlükəsizliyinin təmin olunması, qabaqcıl beynəlxalq tələblərvə təcrübə nəzərə alınmaqla bu sahədə fəaliyyət göstərəndaşıyıcıların işinin səmərəli təşkili məqsədilə 2025-ci ilinsentyabrında “İctimai nəqliyyat” Məqsədli Büdcə Fonduyaradılıb.

Fondu formalaşdıran mədaxil mənbələrindən biri kimi avtomobilbenzini, dizel və maye qazın hər litrinə görə yol vergisinin Fondaköçürülən hissəsi müəyyən edilib.

Qanunvericiliyə edilən dəyişikliyə əsasən, yanacağın hər litrinəgörə yol vergisi 7 qəpik müəyyənləşdirilib.

Bununla bağlı, Tarif (qiymət) Şurasının müvafiq qərarı ilədizelin 1 litrinin qiyməti 1 manatdan 1 manat 10qəpiyə dəyişdirilib.

Yanacaq tariflərinin müəyyən hissəsi “İctimai nəqliyyat”Məqsədli Büdcə Fonduna yönəldilməklə əhaliyə daha keyfiyyətlinəqliyyat xidmətlərinin göstərilməsinə, ərazinin perspektivinkişafı nəzərə alınmaqla yol hərəkətinin bütün iştirakçılarınıntəhlükəsizliyinin təmin edilməsinə, ümumi istifadədə olan nəqliyyatxidmətlərinin keyfiyyətinin, dayanıqlılığının və əlçatanlığınınartırılması məqsədləri üçün istifadə olunacaq.

Vurğulanıb ki, tarif dəyişikliyindən sonra da dizel yanacağınınpərakəndə satış qiyməti əksər ölkələrlə müqayisədə yüksəkdeyil.

Qeyd edək ki, dəyişiklik 2026-cı il 1 yanvartarixindən qüvvəyə minib.

Məqalədə:
Избранный
50
45
az.trend.az

10Источники