RU

Hər ay elektrik enerjisi və təbii qaz üzrə 1 manat sabit tarif tutulacaq

Bakı. Trend:

Elektrik enerjisi və təbii qaz üzrə sabit tariflərmüəyyənləşdirilib.

Trend-inməlumatına görə, bununla bağlı Tarif (qiymət) Şurası müvafiq qərarverib.

Xatırladaq ki, “Elektroenergetika haqqında” və “Qaz təchizatıhaqqında” Qanunlara əsasən, istehlak səviyyəsindən asılı olmadansabit xarakterli xərclərin istehlakçılar arasında balanslı şəkildəbölüşdürülməsi məqsədilə sabit tarif müəyyənləşdirilib.

Bildirilib ki, elektrik enerjisi və təbii qaz təchizatındaabonentlərdən hər ay sabit ödənişlərin alınması bir çox ölkələrdətətbiq olunur. Beynəlxalq təcrübədə sabit ödənişlərin tətbiqiistehlakçının istifadə etdiyi elektrik enerjisi və təbii qazınmiqdarından asılı olmayaraq, infrastrukturun saxlanması,xidmətlərin göstərilməsi və digər əməliyyat xərclərininqarşılanmasında mühüm əhəmiyyət kəsb edir.

Tarif (qiymət) Şurası tərəfindən elektrik enerjisi üzrə aylıqsabit tarif əhali və 1 fazlı təchizat sxemi ilə enerji istehlakedən qeyri-əhali istehlakçıları üzrə 1 manat, 3fazlı təchizat sxemi ilə enerji istehlak edən qeyri-əhaliistehlakçıları üzrə 3 manat müəyyənləşdirilib.

Təbii qaz üzrə aylıq sabit tarif isə əhali və məişət qazqurğuları ilə qoşulan qeyri-əhali istehlakçıları üzrə 1manat, sənaye qaz qurğusu ilə qoşulan qeyri-əhaliistehlakçıları üzrə 3 manat müəyyənləşdirilib.

Qeyd edək ki, Qərar 2026-cı il 1 yanvartarixindən qüvvəyə minib.

Избранный
53
49
az.trend.az

10Источники