RU

Qərbi Azərbaycan Xronikası: Vaxtilə keşişlər səlib yürüşü edirdilər, indi qadın üstündə dalaşırlar

ain.az, Baku.ws portalına istinadən məlumat yayır.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında xüsusi veriliş hazırlanıb.

Verilişdə Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağ kartını birdəfəlik bağlamağa tələsməsinin, Qərbi Azərbaycana Böyük qayıdışın erməni cəmiyyətini qorxuya salmasının səbəbləri, Qarabağ revanşizminin lağa qoyulması araşdırılır.

Qeyd olunur ki, bəzi revanşist qüvvələr ermənilərin Qarabağa qayıdışının yalnız müharibə yolu ilə mümkün olduğunu söyləyirlər.

Erməni politoloqları isə deyirlər ki, Azərbaycana ancaq həsəd aparmaq olar: "Ermənistanın problemi Paşinyan deyil, strateji düşüncənin yoxluğudur. Milli xəyal dağılanda dövlət çökməyə başlayır. İndi Ermənistan bu nümunəni yaşayır. Azərbaycanın strategiyası var, amma Ermənistan puç xəyallarla yaşayır. Biz məğlub, alçaldılmışıq, çarəmiz milli xəyal qurmaqdır. Artıq ermənilərin "özünüdərkini" formalaşdıran kilsənin tarix, Qarabağ, soyqırımı yalanı bitdi. İnsanlar yorulublar və artıq erməni olmaq istəmirlər. Vaxtilə keşişlər səlib yürüşü edirdilər, indi arvad üstündə dalaşırlar".

Verilişdə Ermənistana benzin göndərilməsindən sonra İrəvanda böyük ifşa və yeni psixoz dalğasının başlamasından, hər yerdə azərbaycanlı görmək sindromunun yaşanmasından da bəhs olunur.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
37
2
baku.ws

10Источники