RU

Azərbaycan gömrükçüləri qarpızdan narkotik vasitə aşkarlayıb





Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin əməkdaşları Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya qarpız aparan nəqliyyat vasitəsinə gömrük baxışı keçirib.

Newscenter.az Komitəyə istinadən xəbər verir ki, kinoloji xidmət iti qarpız olan yeşiklərə reaksiya verdiyindən yük əsaslı yoxlamaya cəlb edilib.

Bu zaman qutulardakı 12 ədəd qarpızın içərisində gizlədilmiş, xalis təmiz çəkisi 27 kiloqram 845 qram narkotik vasitə-həşiş aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Süleyman
Избранный
41
32
newscenter.az

10Источники