Kürdəmirdə baş verən qəzada xəsarət alanların şəxsiyyəti məlum olub. .
APA-nın yerli bürosu xəbər verir ki, bunlar avtomobildə olan sərnişinlər Bakı şəhər sakinləri- 1980-ci il təvəllüdlü Novruzova Südabə Müzakir qızı və 1983-cü il təvəllüdlü Novruzova Natavan Vaqif qızıdır.
Bir nəfərin isə xəsarəti yüngül olduğundan ilkin yardım edilərək evə buraxılıb.
***
Kürdəmirdə yol qəzası olub, xəsarət alanlar var.
APA- nın yerli bürosunun xəbərinə görə, hadisə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun rayonun Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb.
İbrahim Novruzovun idarə etdiyi "Hyundai" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə xəsarət alan 3 nəfər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Poliqon.info