RU

Avropada ötən il təbii qaz orta hesabla 9 % bahalaşıb

2025-ci ilin yekunlarına görə Avropada təbii qazın orta qiyməti 9 % artaraq, hər 1 000 kubmetr üçün təxminən 422 ABŞ dolları təşkil edib.

"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bunu Londonun ICE birjasının fyuçerslər haqqındakı məlumatları göstərir.

Qiymətin artmasına qış mövsümü üçün anbarların erkən doldurulması təsir edib. Anbarlar rekord LNG idxalı hesabına doldurulub.

2025-ci il dekabrın 31-də ticarət 1 000 kubmetr üçün 344 ABŞ dolları səviyyəsində və 2024-cü ilin sonuna nisbətən 36 % aşağı bağlanıb.

Ötən ilin son günlərində qiymətlərin bir qədər artması Avropada soyuqların düşməsi fonunda baş verib.

"Cebheinfo.az"

Избранный
60
5
cebheinfo.az

6Источники