Ajans.az xarici KİV-ə istinadla bildirir ki, bu barədə klubun saytında məlumat verilib. Komanda "Çelsi"nin Konfrans Liqasında və Klublararası Dünya çempionatında qazandığı qələbəni qeyd edib. "Bu nailiyyətlər klubun yaxın tarixinin mühüm bir hissəsi olaraq qalacaq və biz ona klubun inkişafına verdiyi töhfəyə görə təşəkkür edirik", - açıqlamada bildirilir. İtaliyalı Mareska 2024-cü ildə "Çelsi"yə rəhbərlik edib. O, iki dəfə İngiltərə Premyer Liqasında ayın baş məşqçisi seçilib. Bu mövsüm "Çelsi" 19 oyundan 30 xal qazanıb. Komanda turnir cədvəlində beşinci yerdədir.