Ajans.az xəbər verir ki, hadisə Lənkəran rayonunun Şıxakəran kəndində bir evdə qeydə alınıb.İlkin məlumata görə Samir adlı kənd sakininə məxsus olan ev əşyaları ilə birlikdə tamamilə yanıb.Əraziyə FHN-nin yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Alovun digər tikililərə keçməsinin qarşısı alınıb.Əldə etdiyimiz məlumata görə ev sahibləri Rusiya Federasiyasında yaşayır. Evdə yaşayış olmayıb.Faktla bağlı araşdırma aparılır.(Mənbə: apa)