RU

Oveçkin artıq qol vura bilmir

İlin son ayı “Vaşinqton”un hücumçusu Aleksandr Oveçkin üçün uğursuz keçir.

"Football-plus.az" xəbər verir ki, rusiyalı əfsanə dekabrın 24-də keçirilən “Reyncers”lə oyunda da məhsuldar hərəkətlə yadda qalmadı. 40 yaşlı forvard ardıcıl 9-cu oyunda qol vura bilmədi ki, bu da onun 2025/26 mövsümü üçün antirekordudu. Oveçkin sonuncu dəfə dekabrın 4-də keçirilən “San-Xose” ilə oyunda (7:1) fərqlənib, daha doğrusu, dubl edib, 2025/26 mövsümündə buz üzərinə çıxdığı 37 oyunda 31 (14+17) xal toplayıb.

Oveçkin qədər məşhur olan Sidni Krosbi ilə bağlı da xəbər var. “Pittsburq”un kanadalı hücumçusu komandasının “Toronto”ya uduzduğu (3:6) oyunda məhsuldar ötürmə verdi. Müntəzəm çempionatlarda belə ötürmələrinin sayını 1080-ə çatdıran 38 yaşlı hokkeyçu bu göstəricidə həmvətəni Adam Outsu (1079) arxada qoydu.

Krosbi MHL tarixinin ən yaxşı assistentləri siyahısında 8-ci yerə yüksəldi. 7-ci pillədə qərarlaşan kanadalı Co Torntonun hesabında 1109, MHL-in rekordçusu Ueyn Qretskinin hesabında 1963 ötürmə var. 2005-ci ildən “pinqvinlər”in formasını geyən Krosbi 2025/26 mövsümündə keçirdiyi 36 oyunda 38 (20+18) xal toplayıb.

23 dekabr
Tampa-Bey – Sent-Luis 4:1 (2:0, 1:1, 1:0)
Filadelfiya – Vankuver 5:2 (0:0, 1:0, 4:2)
Anahaym – Sietl 1:3 (0:0, 1:1, 0:2)
Los-Anceles – Kolambus 1:3 (0:2, 1:0, 0:1)

24 dekabr
Toronto – Pittsburq 6:3 (2:1, 1:1, 3:1)
Vaşinqton – Reyncers 3:7 (0:1, 3:1, 0:5)
Aylenders – Nyu-Cersi 2:1 (0:1, 1:0, 1:0)
Boston – Monreal 2:6 (2:1, 0:1, 0:4)
Detroyt – Dallas 4:3 OT (1:0, 0:2, 2:1, 1:0)
Karolina – Florida 2:5 (1:0, 1:0, 0:5)
Ottava – Baffalo 2:3 OT (1:1, 1:1, 0:0, 0:1)
Minnesota – Neşvill 2:3 OT (1:2, 1:0, 0:0, 0:1)
Kolorado – Yuta 1:0 (0:0, 1:0, 0:0)
Çikaqo – Filadelfiya 1:3 (0:1, 1:1, 0:1)
Edmonton – Kalqari 5:1 (2:1, 2:0, 1:0)
Veqas – San-Xose 7:2 (5:0, 1:1, 1:1)
Los-Anceles – Sietl 2:3 (0:0, 1:3, 1:0)

Qərb konfransı
Mərkəzi divizion
1 2 3 4 5 6

1. Kolorado 36 27 7 2 142–80 61
2. Dallas 38 25 6 7 136–101 56
3. Minnesota 38 22 6 10 117–99 50
4. Yuta 39 18 3 18 116–112 39
5. Neşvill 36 16 4 16 103–121 36
6. Sent-Luis 38 14 8 16 95–131 36
7. Vinnipeq 35 15 3 17 103–107 33
8. Çikaqo 36 13 6 17 99–114 32

Sakit Okean divizionu
1. Veqas 35 17 10 8 110–104 44
2. Anaham 37 21 2 14 129–126 44
3. Edmonton 38 19 6 13 130–128 44
4. Los-Anceles 36 15 9 12 91–96 39
5. San-Xose 37 17 3 17 109–129 37
6. Sietl 35 15 6 14 89–107 36
7. Kalqari 37 15 4 18 98–113 34
8. Vankuver 36 15 3 18 103–122 33

Şərq konfransı
Atlantik divizionu

1. Detroyt 38 22 3 13 120–122 47
2. Monreal 37 20 5 12 123–124 45
3. Tampa-Bey 36 20 3 13 117–95 43
4. Florida 36 20 2 14 117–114 42
5. Ottava 36 18 5 13 119–113 41
6. Boston 38 20 1 17 122–126 41
7. Baffalo 36 18 4 14 112–117 40
8. Toronto 36 16 5 15 115–121 37

Paytaxt divizonu
1. Karolina 36 22 3 11 121–106 47
2. Filadelfiya 36 19 7 10 111–102 45
3. Aylenders 37 20 4 13 107–104 44
4. Vaşinqton 37 19 5 13 117–103 43
5. Reyncers 39 19 4 16 104–105 42
6. Nyu-Cersi 37 20 1 16 103–110 41
7. Pittsburq 36 15 9 12 110–119 39
8. Kolambus 36 15 6 15 108–125 36

Qeyd: 1 – oyun, 2 – qələbə, 3 – overtaymda məğlubiyyət, 4 – məğlubiyyət, 5 – şayba, 6 – xal.

Bombardirlər: Makdevid (Edmonton) - 67 (23+44), Makkinnon (Kolorado) – 61 (30+31).
Snayper: Makkinnon (Kolorado) – 30, Hiki (Boston) – 25.

Избранный
108
8
football-plus.az

10Источники