RU

Samuxda 22 yaşlı gənc bıçaqlandı

Samux rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Lək kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 2004-cü il təvəllüdlü V. Səmədzadə bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Ona dərhal tibbi yardım göstərilib. Həkimlərin verdiyi məlumata görə, yaralının vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Избранный
54
unikal.az

1Источники