RU

Ukrayna Xersonda bir kafe və otelə hücum edilməsi barədə məlumatları təkzib edib

Apa.az saytına istinadən ain.az xəbər verir.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Xerson vilayətinin işğal olunmuş hissəsində bir kafe və otelə hücum edilməsi və nəticədə mülki şəxslərin ölümü ilə nəticələnməsi barədə məlumatları təkzib edib.

APA xəbər verir ki, bu barədə Baş Qərargahın sözçüsü Dmitri Lixovoy məlumat verib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri beynəlxalq humanitar hüquqa riayət edir və yalnız düşmənin hərbi hədəflərinə, o cümlədən yanacaq-enerji infrastrukturuna zərbələr endirir.

Qeyd edək ki, Rusiya İstintaq Komitəsi Xerson vilayətində Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində 20-dən çox mülki şəxsin həlak olması ilə bağlı məlumat yaymışdı.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
4
1
apa.az

2Источники