RU

Tovuzda göldən qadın meyiti tapılıb-YENİLƏNİB

Tovuz, 2 yanvar, Ruslan Novruzoğlu, AZƏRTAC

Tovuzda göldən tapılan meyitin kimliyi bilinib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onun 25 yaşlı Nuranə Cəfərovaya aid olduğu müəyyənləşib. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

22:32

Tovuzda göldə qadın meyiti aşkarlanıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Vahidli kəndində yerləşən göldə (Tovuzçay su anbarı) qeydə alınıb. Belə ki, sözügedən göldən orta yaşlı qadın meyiti tapılıb. Meyit aidiyyəti üzrə təhvil verilib. Hazırda qadının kimliyi dəqiqləşdirilir. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

 

Избранный
41
4
azertag.az

10Источники