RU

“Qarabağ”la oyun əhval-ruhiyyəmizi aşağı sala bilər” - Onlardan İMTİNA GƏLDİ

FCSB qış hazırlıq toplanışında “Qarabağ”la yoxlama oyunu keçirməkdən imtina edib.

Sportinfo.az xəbər verir ki, Rumıniya klubu Türkiyədə keçiriləcək təlim-məşq toplanışında yalnız bir yoxlama matçı (yanvarın 16-da “Beşiktaş”la) keçirməyi planlaşdırıb.

Komandanın meneceri Mihay Stoyka “Prima Sport”a açıqlamasında “Qarabağ”dan oyun təklifi aldıqlarını təsdiqləyib.

“Qarabağ” bu gün bizdən onlarla oynamaq istəyib-istəmədiyimizi soruşdu, amma onlar oyun əhval-ruhiyyəmizi aşağı sala bilərlər.

Onlar yanvarın 12-də oynamaq istəyirdilər, biz 16-da oynayırıq. “Beşiktaş”la “Gloria Sports Arena”da oynayacağıq.

Bu, ilk dəfə deyil. Əvvəllər onlarla məşq bazası paylaşmaq şərəfinə nail olmuşuq. Türklərin orada etdikləri möhtəşəm bir şeydir”, - Stoyka deyib.

“Qarabağ” yanvarın 10-dan 17-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq.

Избранный
24
sportinfo.az

1Источники