RU

Türkiyədə məşhur kanal bağlandı - FOTO

Sənədli film yayımında aparıcı bir kanal olan "History Channel" 31 dekabr 2025-ci ildə Türkiyədəki yayımlarını dayandırıb.

Ölkə.Az Türkiyə KİV-ə istinadla xəbər verir ki, kanalın ekranlarında izləyicilərinə təşəkkür mesajı verilib.

Qeyd edək ki, "History Channel" ilk dəfə 1995-ci ildə dünya miqyasında yayıma başlayıb. "A+E Networks" çətiri altında fəaliyyət göstərən kanal tezliklə təkcə Amerikada deyil, həm də Avropa, Yaxın Şərq və Asiyada güclü bir brendə çevrildi. Onun Türkiyədəki yayımı bu qlobal genişlənmənin bir hissəsi olaraq başlayıb.

İlk dəfə 2006-cı ildə Türkiyədə fəaliyyətə başlayan kanal tarix, sənədli filmlər və tədqiqat proqramları ilə maraqlanan geniş auditoriya qazanmışdı.

Qədim sivilizasiyalardan dünya müharibələrinə, Osmanlı tarixindən müasir siyasi dönüş nöqtələrinə qədər müxtəlif məzmunu ilə sənədli yayım üçün aparıcı ünvanlardan birinə çevrilmişdi.

Billurə

Избранный
44
3
olke.az

5Источники