RU

İlham Əliyev İsveçrə Prezidentinə başsağlığı verdi

Prezident İlham Əliyev İsveçrə Prezidenti Qi Parmölənə başsağlığı verib.

Publika.az xəbər verir ki, başsağlığıda deyilir:

"Kran-Montanada baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması barədə xəbər bizi olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İsveçrə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm".

Избранный
21
49
publika.az

10Источники