RU

Tanınmış telejurnalist dünyasını dəyişib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.

 

Senzor.az bildirir ki, bu barədə sosial şəbəkələrdə onun yaxınları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş.

 

Xatırladaq ki, Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. 

 

1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.

 

2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşı idi.

 

TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub.

 

N.Əkbərova eyni zamanda Azərbaycanda ilk klip yaradıcılarındandı...

 

Allah rəhmət eləsin!

Избранный
46
13
senzor.az

10Источники