Türkiyəli müğənni Ajda Pekkan Azərbaycandan gələn cəlbedici təklifi qəbul etməyib.
Milli.Az xəbər verir ki, o, Yeni il gecəsində təşkil olunan tədbirdə iştirak etməkdən imtina edib.
Məlumata görə, tanınmış sənətçiyə Ankaradan, Bakıdan və Kipr şəhərlərindən birindən fantastik təkliflər göndərilib.
İddia olunur ki, superulduz bir gecə üçün 20 milyon lirə (təxminən 792 min manat) qarşılığında səhnəyə çıxmaqdan boyun qaçırıb.
Buna səbəb sənətçinin müalicə olunan bacısı Semiramis Pekkanı tək qoymamaq istəyi olub.
Təşkilatçılardan qonorarı artırmaq təklifləri edilsə də, mövqeyini dəyişdirməyib və Yeni ili bacısı ilə birlikdə Bodrumdakı villasında keçirib.
Milli.Az