Kirill Budanov Ukrayna prezidenti Volodimir Zelenskinin Prezident Ofisini idarə etmək təklifini qəbul etdiyini bildirib.
Publika.az xəbər verir ki, o, vəzifəsini ölkəsi qarşısında məsuliyyətin daha bir həddi kimi qəbul etdiyini əlavə edib.
"Ukrayna üçün tarixi bir anda dövlətimizin strateji təhlükəsizliyinin həlledici məsələlərinə diqqət yetirmək mənim üçün şərəf və məsuliyyətdir", - deyə Budanov vurğulayıb.