RU

Elye Vahi “Qarabağ”ın rəqibini “Nitsa”ya dəyişdi – ARENA.AZ

Almaniyanın “Ayntraxt” (Frankfurt) klubunun mərkəz hücumçusu Elye Vahi Bundesliqa təmsilçisindən ayrılaraq vətəni Fransaya qayıdıb.

Arena.az xəbər verir ki, 23 yaşlı fransalı forvard mövsümün qalan hissəsini “Nitsa”da keçirəcək.

Fransa klubu hücumçunu icarə müqaviləsi əsasında heyətinə qatıb. O, cari mövsümün sonunadək icarədə olacaq. “Nitsa” bunun üçün “Ayntraxt”da 1,5 milyon avro ödəyəcək.

Elye Vahi Fransanın “Monpelye” klubunun yetirməsidir. O, 2023-cü ilin avqust ayında 30 milyon avro qarşılığında “Monpelye”dən “Lans”a keçib. 2024-cü ilin avqustunda isə Marsel “Olimpik”i Vahini “Lans”dan 27 milyon avroya transfer edib. 23 yaşlı hücumçu 2025-ci ilin yanvarında 26 milyon avro müqabilində Marsel təmsilçisindən “Ayntraxt”a keçmişdi. O, Frankfut klubunun heyətində 25 oyuna çıxıb, 1 qol və 3 assistlə yadda qalıb.

Vahi Fransanın U-16, U-17, U-19, U-20, U-21 və U-23 yığmalarında forma geyinsə də, hələlik, əsas millidə debüt şansı qazanmayıb.

“Transfermarkt” internet-portalı 23 yaşlı hücumçunun transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.

Sonda onu da bildirək ki, “Ayntraxt” UEFA Çempionlar Liqasının Liqa mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqiblərindən biridir. “Qarabağ” – “Ayntraxt” matçı yanvarın 21-də Bakıda keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
41
13
arena.az

10Источники