RU

ABŞ mediası: Tramp Zelenskiyə qarşı kobud davranıb

ain.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ prezidenti Donald Trampın 28 dekabr 2025-ci ildə ABŞ-a səfəri zamanı Ukrayna prezidenti Vladimir Zelenskiyə qarşı "kobud və təhqiramiz" davrandığı iddia edilir.Turkustan.az xəbər verir ki, “The Washington Post” qəzeti Zelenskinin 28 dekabrda ABŞ-a səfərini və Rusiya-Ukrayna müharibəsindəki vəziyyəti araşdıran məqalə dərc edib.Məlumata görə, danışıqları yaxından izləyən və adının çəkilməsini istəməyən yüksək vəzifəli diplomat iddia edib ki, Tramp Mar-a-Laqoda keçirilən görüşdə Ukrayna lideri Zelenskiyə qarşı "kobud və təhqiramiz" münasibət göstərib.Diplomat, sözügedən davranışın hətta "qəddar" kimi təsvir edilə biləcəyini vurğulayaraq, Rusiya prezidenti Vladimir Putinin Zelenski-Tramp danışıqlarından əvvəl ABŞ lideri ilə apardığı telefon danışıqlarını manipulyasiya etdiyini iddia etdi.

Aytən Yaşar/ Turkustan.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
123
1
icma.az

2Источники