RU

Almaniyada əhalinin məşğulluq səviyyəsi aşağı düşüb

Bakı. Trend:

Almaniyada koronavirus pandemiyasından sonra ilk dəfə olaraqəhalinin məşğulluq səviyyəsində artım müşahidə edilməyib.

Trend xəbər verir ki, FederalStatistika İdarəsinin məlumatına əsasən, 2025-ci ildə ölkədəişləyən əhalinin sayı 46 milyon nəfər olub. Bu, 2024-cü illəmüqayisədə 5 min nəfər azdır. Halbuki 2024-cü ildə məşğul əhalininsayı Almaniyanın 1990-cı ildə yenidən birləşməsindən sonra ənyüksək səviyyədə olub. Bununla da 2021-ci ildən bəri davam edənmüsbət tendensiyaya ötən il başa çatıb. Məşğul əhalinin sayınınazalması sonuncu dəfə pandemiyanın ilk ilində - 2020-ci ildə qeydəalınıb.

Ötən il istehsal sektorunda məşğul əhalinin sayı kəskin şəkildə(143 min nəfər) azalaraq 7,9 milyon nəfərə düşüb. Tikintisektorunda da azalma qeydə alınıb. Bu sahədə işləyənlərin sayı 23min nəfər azalaraq 2,6 milyona enib. Kənd və meşə təsərrüfatında daməşğul əhalinin sayı azalıb.

Bu sahələrdən fərqli olaraq, dövlət qulluğunda, eləcə də təhsilvə səhiyyə sahələrində 205 min nəfərlik artım qeydə alınıb. Artımdaən böyük pay səhiyyə sektoruna aiddir. Maliyyə və sığortaxidmətləri sahəsində də məşğul əhalinin sayı artıb.

Məlumata əsasən, məşğul əhalinin sayındakı durğunluğa zəifiqtisadi artımla yanaşı, demoqrafik dəyişikliklər də təsirgöstərib. Əmək bazarını tərk edən, sayca çox olan yaşlı nəslinyerini dolduracaq gənc işçi qüvvəsi getdikcə azalır. Bununlayanaşı, xaricdən gələn işçi qüvvəsinin axını davam edir, həmçininqadınların və yaşlı insanların əmək bazarında iştirakı artır.

Избранный
93
6
az.trend.az

3Источники