ain.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Gürcüstandan Ermənistana gedən avtomobil yolunda, "Baqrataşen" sərhəd-keçid məntəqəsi yaxınlığında təxminən 5 kilometr uzunluğunda tıxac yaranıb.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məlumata görə, tıxacın əsas səbəbi dekabrın 30-31-də Yeni il bayramı ilə əlaqədar Gürcüstana səfər etmiş vətəndaşların geri qayıtmasıdır.
Hazırda sərhəd keçidində avtomobillərin gözləmə müddəti təxminən 3 saata çatır.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.