RU

Mərakeş millisi 1/4 finala yüksəlib

Afrika Millətlər Kubokunun 1/8 final mərhələsində Mərakeş və Tanzaniya milliləri arasında keçirilən oyun başa çatıb.

İdman.Biz xəbər verir ki, Mərakeş millisi minimal hesabla - 1:0 qalib gəlib.

64-cü dəqiqədə Mərakeş millisinin hücumçusu Brahim Dias fərqlənib.

2025-ci il Afrika Millətlər Kuboku Mərakeşdə keçirilir. Yarış 18 yanvara qədər davam edəcək. Afrika Millətlər Kubokunun son qalibi isə 2023-cü il turnirinin finalında Nigeriyanı 2:1 hesabı ilə məğlub edən Kot-d’İvuar millisidir.

İdman.Biz
Избранный
120
5
idman.biz

10Источники