525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
“2025-ci ili makro-iqtisadi sabitlik, müəyyən edilmiş iqtisadi hədəflərə çatmaq yönümündən əhəmiyyətli bir il kimi yadda qaldı”.
Bunu millət vəkili Tahir Mirkişili 525.az-a bildirib. O qeyd edib ki, iqtisadiyyatın makro mənzərəsində ÜDM-in sabit artımı, qeyri-neft-qaz sektorunun çəkisinin dayanıqlı artması əsas xəttləri müəyyən etdi. Belə ki, 2025-ci ilin 11 ayında ÜDM 1,6 faiz artdı. Bu dövrdə neft-qaz sektoru 1,8 faiz azaldı, qeyri-neft-qaz sektoru isə 3,2 faiz artdı. Bu dinamika 2025-də əsas yadda qalan xətti göstərdi. Artımın mənbəyi daha çox qeyri-neft-qaz fəaliyyətləri oldu:
"Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin noyabrında illik inflyasiya 5.5 faiz oldu. Daxili bazarda aktivlik göstəricilərindən, pərakəndə ticarət dövriyyəsi 3,7 faiz, əhalinin nominal gəlirlərin isə 8.1 faiz, orta aylıq nominal əməkhaqqının təqribən 9.5 faiz artaraq 1086,3 manat təşkil etməsi kimi 2025-də istehlakın dayanıqlı trayektoriyasını göstərir”.
Sevinc Qarayeva
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.