Danimarkanın Baş naziri Mette Frederiksen hesab edir ki, əgər ABŞ Qrenlandiyaya hücum etmək qərarına gəlsə, hər şey bitəcək.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, baş nazir bu barədə "Danmarks Radio"ya verdiyi müsahibəsində bildirib.
ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı ələ keçirmək ideyasından daşınacağını gözləməyə dəyərmi sualına Frederiksen mənfi cavab verib:
"Təəssüf ki, ABŞ prezidentinin niyyətinin ciddi olduğunu düşünürəm. Tramp ilə telefon danışığı zamanı Kopenhagenin mövqeyini çatdırdım: ABŞ-nin Danimarka, Qrenlandiya və Farer adaları birliyinin tərəflərindən hər hansı birini ilhaq etməyə haqqı yoxdur".