Prezident İlham Əliyev Azərbaycanın “İslam səkkizliyi” (D-8) təşkilatına qoşulmasını ölkə üçün əhəmiyyətli nailiyyət adlandırıb. Dövlət başçısı bildirib ki, təxminən 30 il əvvəl yaradılan D-8 təşkilatı indiyədək yeni üzv qəbul etməmişdi və Azərbaycanın bu quruma üzv olan yeganə yeni ölkə olması xüsusi əhəmiyyət daşıyır. Prezident vurğulayıb ki, D-8 dünyanın ən böyük müsəlman ölkələrini birləşdirir, bu ölkələrin ümumi əhalisi bir milyarddan çox, iqtisadi potensialı isə 4 trilyon dollardan artıqdır. İlham Əliyevin sözlərinə görə, Azərbaycan nə iqtisadi, nə də əhali baxımından böyük ölkə olmasa da, D-8-də rəsmi təmsil olunması respublikaya göstərilən hörmətin və müstəqil, balanslı siyasətin nəticəsidir.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта