RU

Kanselo “Barselona”ya keçməyə yaxındır

“Əl-Hilal”ın portuqaliyalı müdafiəçisi Joao Kanselo “Barselona”ya keçməyə yaxındır.

Apasport.az xəbər verir ki, məşhur insayder Fabrizio Romanonun məlumatına görə, katalon klubu futbolçu ilə müqavilə imzalamağa çox yaxındır.

Daha əvvəl “Əl-Hilal”ın Kanselo üçün “İnter”dən də təklif aldığı və bu səbəbdən oyunçunun qərar vermək üçün vaxt istədiyi bildirilmişdi.

Lakin 31 yaşlı müdafiəçi “Barselona”nın onun üçün əsas prioritet olduğunu gizlətməyib və böyük ehtimalla karyerasını İspaniya təmsilçisində davam etdirəcək. Müqavilənin yaxın vaxtlarda rəsmən açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Joao Kanselo 2023/2024 mövsümündə "Barselona"nın şərəfini qoruyub. 

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Sabiq “Qalatasaray”lı Super Liqa klubunda - RƏSMİ

“Dortmund”un futbolçusu Bundesliqada klubunu dəyişib

Türkiyə Superkuboku: "Qalatasaray" finalda - YENİLƏNİB

La Liqada dekabr ayının ən yaxşı məşqçisi bəlli olub

Избранный
63
1
apasport.az

2Источники