RU

Xaçmazda minik avtomobilləri toqquşub, yaralananlar var

Xaçmazda minik avtomobillərinin toqquşması nəticəsində iki nəfər xəsarət alıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Müzəffəroba kəndi ərazisindən keçən hissəsində baş verib.

Qəza zamanı "Mercedes" və KİA markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində KİA-nın sürücüsü və maşında olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım avtomobili ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Избранный
42
9
yeniazerbaycan.com

10Источники