RU

Tramp onlara yeni saziş TƏKLİF EDƏCƏK

Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ Prezidenti Donald Trampın administrasiyası Qrenlandiya adasının hakimiyyətinə təklif edilə biləcək bir saziş layihəsi üzərində işləyir.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Britaniyanın "The Economist" jurnalı yazır. 

Jurnalın məlumatına görə, Amerika rəsmiləri Qrenlandiyaya ada əhalisinin həyat səviyyəsini yaxşılaşdıracaq Azad Birlik Sazişi təklif etmək imkanlarını müzakirə edirlər. ABŞ-nin hazırda Sakit Okeanın kiçik dövlətləri - Mikroneziya, Marşal Adaları və Palau ilə oxşar müqavilələri var. 

Bu müqavilələrə əsasən, ABŞ bu ölkələrə maliyyə dəstəyi təmin edir və bunun müqabilində müdafiə məsələlərini Vaşinqtona həvalə etmələri üçün daxili özünüidarəetmələrini qoruyub saxlamaları lazımdır.

"The Economist" qeyd edib ki, Tramp administrasiyasının Qrenlandiyaya qarşı siyasəti hazırda iki məqsəd güdür:

“Birincisi, Vaşinqton Danimarka və Qrenlandiya hakimiyyətləri arasındakı fikir ayrılıqlarını daha da artırmaq və adada separatçı əhval-ruhiyyəni alovlandırmaq istəyir. 

İkincisi, ABŞ Danimarka hökumətini keçərək Qrenlandiya hakimiyyəti ilə saziş bağlamağa çalışır”. Jurnal, həmçinin adanın "birbaşa ilhaq edilməsi" perspektivini də “ehtimal olunmayan məsələ” adlandırıb. Nəşr əlavə edib ki, ABŞ-nin iddiaları Avropa liderləri arasında panikaya səbəb olub.

Jurnalın qeyd etdiyi kimi, artıq Qrenlandiyada Amerika hərbi bazası yerləşir. Nəşr vurğulayıb ki, Danimarka ilə müqavilənin şərtləri adadakı ABŞ qoşunlarının sayına məhdudiyyətlər nəzərdə tutmur, lakin qoşun sayının əhəmiyyətli dərəcədə artması üçün Kopenhagenin razılığı tələb oluna bilər. 

Qeyd olunur ki, ABŞ Qrenlandiya hakimiyyəti ilə birbaşa danışıqlar aparmağa cəhd göstərsə də, rədd cavabı alıb.

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
23
1
cebheinfo.az

2Источники