Bakı. Trend:
Avropa Parlamentinin (AP) deputatı, Almaniyanın "BSW"partiyasının həmsədri Fabio De Mazi Avropa Komissiyasının sədriUrsula fon der Lyayendən müdafiə sənayesi konsernləri ilə təmaslarbarədə məlumatların açıqlanmasını tələb edir. O, Avropa Məhkəməsinəiddia ərizəsi ilə müraciət edib.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
De Mazi iddia ərizəsində Avropa Parlamentinin AvropaKomissiyasının fəaliyyətinə nəzarəti həyata keçirmək məqsədiləməlumat almaq hüququna əsaslanır.
Onun fikrincə, fon der Lyayen AP-nin sorğularına cavab verməköhdəliyini pozub, çünki o, Avropa Parlamenti deputatı kimi DeMaziyə müdafiə şirkətləri ilə təmaslar barədə tam məlumat təqdimetməyib.
De Mazi 2025-ci ilin mart ayında Avropa Komissiyasının sədrindən2024-cü ilin ortalarından etibarən silah istehsalçıları ilə olanbütün təmaslar (görüşlər, telefon danışıqları, videokonfranslar vəelektron yazışmalar daxil olmaqla) barədə məlumat tələb edib. Onunsözlərinə görə, 2025-ci ilin oktyabrında fon der Lyayendən alınancavab gecikmiş və son dərəcə ümumi xarakter daşıyıb.