RU

"Yaşıl dünya naminə!" layihəsi icrasını davam etdirir



Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin qalibi olmuş "Yaşıl dünya naminə!" layihəsinin təlimləri uğurla davam edir.

Newscenter.az xəbər verir ki, təlimçi Şəlalə Məhərrəmova elektrik enerjisinə qənaətin faydasını, bərpa olunan enerji mənbələrinin əhəmiyyəti və karbon emissiyasının azaldılmasının ətraf mühitə müsbət təsiri barədə iştirakçılara ətraflı məlumat verir. Təlimlər zamanı şagirdlərə gündəlik həyatda enerji sərfiyyatının azaldılması yolları, ekoloji məsuliyyətli davranış vərdişlərinin formalaşdırılması və “yaşıl düşüncə”nin təşviqi ilə bağlı interaktiv tapşırıqlar təqdim olunur.

Layihə çərçivəsində keçirilən təlimlər iştirakçıların ekoloji savadlılığının artırılmasına, enerji resurslarından səmərəli istifadəyə dair bilik və bacarıqlarının inkişafına xidmət edir. Təlimlər şagirdlərin mövzuya marağını artırmaqla yanaşı, onların ekoloji problemlərə həssas yanaşmasını da gücləndirir.

Xatırladaq ki, Qazax şəhəri Qaratel Hacımahmudova adına ümumi orta ümumtəhsil məktəbin direktoru Aynurə Alıyeva tərəfindən həyata keçirilən “Yaşıl Dünya Naminə!” layihəsi həmin məktəbdə icra olunur. Layihənin məqsədi evdə enerji istehlakını azaltmağın gələcəyimiz üçün faydasını şagirdlərimizə anlatmaq, qənaət mədəniyyətini və yollarını icmaya aşılamaqdır.

Anar
Избранный
62
newscenter.az

1Источники