Cəbrayıl. Trend:
Cəbrayıl rayonunda geniş miqyaslı yanğın başlayıb.
Trend-in Qarabağbürosunun xəbərinə görə, yanğın hadisəsi Cəbrayıl rayonunun CocuqMərcanlı kəndi ərazisində başlayıb.
Daha sonra Füzuli rayon Qazaxlar və Mirzənağılılar kəndiərazilərinə yayılıb. Geniş ərazilərə yayılan yanğın hazırda sərhədboyunca davam edir. Yanğın baş verən əraziyə FHN-nin Füzulirayonunun yanğınsöndürən bölməsinin 3 maşını şəxsi heyətlə,Cəbrayıl rayonunun isə 2 yanğınsöndürən bölməsinin avtomobili şəxsiheyətlə cəlb olunub. Hazırda yanğın və yanğınsöndürmə əməliyyatlarıdavam etdirilir.
Faktla bağlı araşdırma aparılır