Bəs bu proseslər İranın regionda mövqeyinə necə təsir edəcək? Mövzu ilə bağlı deputat Aydın Mirzəzadə Ajans.az-a açıqlama verib. Deputat bildirib ki, İranda son günlər baş verən iğtişaşlar onun daxili məsələsidir. Bunun həllinə də məhz, İranın özü çarə tapa bilər. Lakin İranın regionda apardığı siyasət onun daxilindən qaynaqlanır. Yaxın Şərq daim dünya güclərinin maraq göstərdiyi və iştirak etdiyi ərazi hesab olunur. İranda bu əraziyə yaxın olduğu üçün bu proseslərdə aktiv mövqeyə malikdir. İran burada da daxili siyasətindən irəli gələrək addım atmalıdır.
Aydın Mirzəzadə deyib ki, enerji, nəqliyyat layihələri dövlət maraqlarına və daxili siyasətə tam uyğun gəlməlidir. Dünya nəqliyyat qovşağının böyük bir hissəsi İran ərazisindən keçir. Bu baxımdan, bu tip layihələrin zəifləməsi birbaşa İran üçün təhlükə sayılır. Lakin hansı formada iştirak edəcəyi və qoyacağı təşəbbüslər tam bəlli deyil. O ki, qaldı Azərbaycanın mövqeyi və talehi. Azərbaycan İranla daim müsbət qonşuluq əlaqələrinə davam edir. İki ölkə arasında yeni layihələrin olması İran və Azərbaycanın Qafqazda mövqeyinə təkan verir.