Misli premyer-liqası postsovet məkanının aparıcı liqaları sırasında ilk “3-lüy”ə daxil olub.
"Football-plus.az" xəbər verir ki, “Transfermarkt” Azərbyaycan çempionatında çıxış edən futbolçuların ümumi bazar dəyərini 125,9 milyon avro (259,9 milyon manat) həcmində qiymətləndirib.
Azərbaycan çempionatı bu göstərici üzrə 3-cü yerdədi, yalnız Rusiya ilə Ukraynadan geri qalır, amma Özbəkistan, Qazaxıstan və Belarus liqalarını qabaqlayır.
Misli premyer-liqasının yüksək mövqeyi klubların avrokuboklarda sabit iştirakına, legionerlərin transfer dəyərinin artmasına və çempionatın rəqabətədavamlı səviyyəsinin qorunmasına əsaslanır.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта