Venesuela prezidenti Nikolas Maduronun ələ keçirilməsi zamanı ABŞ səs silahından istifadə edib və bu silah siyasətçinin mühafizə avadanlıqlarını dərhal sıradan çıxarıb.
"Unikal" xəbər verir ki, silahdan istifadə zamanı Venesuela əsgərlərinin burnu qanayıb, ağızlarından qan gəlib. Bununla da onlar ABŞ "Delta Force" xüsusi təyinatlılarına müqavimət göstərə bilməyiblər.
"New York Post" qəzetinin məlumatına görə, güclü səs dalğasından sonra bir mühafizəçi "başının partladığını" hiss edib. Mühafizəçilər "yerə yıxılıblar, tərpənə bilməyiblər" və heç kim ayağa qalxa bilməyib.
İlkin məlumatlara görə, ABŞ 2020-ci ildə Nyu-York şəhərində etirazların dağıdılması zamanı istifadə edilən uzun mənzilli akustik cihazdan (LRAD) istifadə edib. Həmin vaxt etirazçılar baş ağrılarından, oriyentasiyanın pozulmasından və hətta müvəqqəti eşitmə itkisindən şikayətləniblər.