ain.az, Azvision portalına istinadən məlumat yayır.
Bu ifadələri Çinin Xarici İşlər Nazirliyinin mətbuat katibi Mao Nin jurnalistlərə açıqlamasında söyləyib. O bildirib ki, Pekin başqa ölkələrin daxili işlərinə istənilən qüvvə tərəfindən müdaxilənin tamamilə əleyhinədir: "Bütün tərəfləri Yaxın Şərqdə sülh və sabitlik uğrunda daha çox iş görməyə çağırırıq". Eyni zamanda, Almaniya Kansleri Fridrix Merts də Hindistana səfəri əsnasında İranda baş verən etiraz aksiyalarına münasibət bildirib. Onun sözlərinə görə, hökumətin aksiya iştirakçılarına qarşı qeyri-mütənasib və qəddarcasına zorakılıq göstərməsi zəifliyin əlamətidir: "Bu zorakılığı qətiyyətlə qınayır, İran hökumətini zorakılıq əməllərinə son qoymağa çağırırıq".

Əraqçi: "İrana qarşı terror müharibəsi aparılır"
Xatırladaq ki, İranda 2025-ci ilin 28 dekabrında əsasən inflyasiyanın kəskin artmasına, rialın dəyərdən düşməsinə etiraz məqsədilə kütləvi aksiyalar başlayıb. Nümayişləri əvvəla paytaxt Tehran şəhərində mağaza sahibləri qığılcımlandırıb, ardınca onlara tələbələr də qoşulublar. Etiraz dalğası tezliklə bütün ölkəyə - 31 əyalətdən 27-sinə, ümumilikdə 92 şəhərə yayılıb. Məlumata əsasən, aksiyalarda indiyədək azı 40 nəfər ölüb, 50-dən çox insan yaralanıb, 2076 aksiya iştirakçısı saxlanılıb. ABŞ Prezidenti Donald Tramp yanvarın 2-də İran xalqına müraciət ünvanlayaraq diqqətə çatdırıb ki, Vaşinqton onlara hər an dəstək göstərməyə hazırdır. Rəsmi Tehran bu hədə-qorxunu pisləyib. Eyni zamanda, İsrailin Baş naziri Benyamin Netanyahu da etirazçıları dəstəklədiyini bildirib. Əli Xamenei ölkədəki iğtişaşdan yaxasını qurtarıb Moskvaya qaçarsa, 2024-cü ilin dekabrında müxalif qüvvələrin devirdiyi sabiq Suriya prezidenti Bəşər Əsədlə oxşar aqibəti bölüşəcək. Xatırladaq ki, Bəşər Əsəd də məhz Rusiyaya qaçıb. Onun hazırda Moskvanın qərbində - bahalı və dəbdəbəli mülkləri ilə tanınan Rublyovka massivində yaşadığı deyilir. Maraqlıdır ki, rəsmi Moskva bu iddianı nə danır, nə də təsdiqləyir. 2025-ci ilin sentyabrında Suriya məhkəməsi ona qarşı qətl, işgəncə və qanunsuz həbs ittihamları ilə qiyabi həbs hökmü çıxarıb. Eyni zamanda, sonuncu İran şahının oğlu, hazırda ABŞ-də yaşayan Rza Pəhləvi "Fox News" telekanalına müsahibəsində diqqətə çatdırıb ki, müvafiq şərait meydana gələndə İrana qayıtmağa, teokratik hakimiyyətə qarşı mübarizəyə qoşulmağa hazırdır. Firudin Həmidli
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.