RU

Naxçıvanda ÜDM istehsalı ARTDI

Ajans.az  xəbər verir ki, bunu şəhərin icra başçısı Cabbar Musayev Naxçıvan Şəhər İcra Hakimiyyətində keçirilən "2025-ci ildə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr" mövzusunda hesabat tədbirində bildirib. O, 2025-ci ildə ÜDM-nin strukturunda bütün sahələrində artım olduğunu qeyd edib: "Sənaye məhsulu istehsalı əvvəlki illə müqayisədə 4,3 % artaraq 240 milyon 250 min 700 manat təşkil edib. Rabitə və informasiya xidmətlərində 4,3 %, pərakəndə ticarət dövriyyəsində 4,1 %, ictimai iaşə dövriyyəsində 2,1 %, əhaliyə göstərilən ödənişli xidmətlərdə isə 0,3 % artım olub".

C Musayevin sözlərinə görə, hesabat dövründə əsas kapitala yönəldilən vəsait 228 milyon 271 min 300 manat olub ki, bu da əvvəlki illə müqayisədə 41,7 % artım deməkdir. Tikinti-quraşdırma işlərinə yönəldilən vəsait isə 14,7 % artaraq 149 milyon 443 min 400 manata çatıb.

Избранный
63
1
Ajans.az

2Источники