Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib.
Paralel.az xəbər verir ki , bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Dəyişikliyə əsasən, bundan sonra "dəmirdən və ya aşqarlanmamış poladdan çubuqlar"ın (dəmir armaturlar) 1 tonu üçün 150 manat, müxtəlif nomenklatur kodlar altında təsnif olunmuş şüşə listlərin 1 tonu üçün isə 100 manat gömrük yığımları tətbiq ediləcək.
Müvafiq qərar cari ilin iyunun 30-na qədər qüvvədə olacaq.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта