RU

"Sumqayıt" yenə böyük hesabla uduzdu - Bu dəfə Serbiya təmsilçisinə

“Sumqayıt” Antalya toplanışı çərçivəsində bu gün növbəti yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi Serbiyanın “OFK Belqrad” komandası ilə qarşılaşıb.

Matç rəqibin 4:1 hesablı qələbəsi ilə başa çatıb. "Sumqayıt"ın yeganə qolunu 4-cü dəqiqədə Aleksandr Ramalinqom vurub.

"Sumqayıt" hazırda Misli Premyer Liqasında 27 xalla 5-cidir. "OFK Belqrad" isə Serbiya Superliqasında 25 xalla 9-cudur.

"Sumqayıt" ilk yoxlama matçında Macarıstan “Pakş”ına 1:5 hesabı ilə uduzub.

Komanda Türkiyədə daha 1 yoxlama oyununa çıxacaq. Komanda yanvarın 16-da Xorvatiya “Osiyek”i ilə üz-üzə gələcək.

Избранный
55
1
sportinfo.az

6Источники