RU

Almaniyada zəncirvari qəza nəticəsində 13 nəfər xəsarət alıb

Berlin, 13 yanvar, AZƏRTAC

Almaniyanın Bavariya əyalətində zəncirvari qəza baş verib.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, 20-dək nəqliyyat vasitəsinin toqquşduğu qəzaya yolun buz bağlaması səbəb olub. Hadisə nəticəsində 13 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağırdır.

Qəza ilə əlaqədar yol nəqliyyatın hərəkəti üçün müvəqqəti bağlanıb.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Избранный
55
2
azertag.az

4Источники