RU

Alonso bu görüntülərə görə qovulub? -

İspaniya Super Kubokunun final oyunundan sonra meydanda baş verən hadisə müzakirə edilib. Metbuat.az xəbər verir ki, “Barselona”nın 3-2 hesablı qələbəsi ilə yekunlaşan oyunun final fitindən sonra “Real” oyunçuları rəqib futbolçular üçün şərəf dəhlizi qurmayıb. Mükafatlandırma zamanı Xabi Alonso futbolçuları dəhliz qurmağa çağırsa da, Kilian Mbappe buna imkan verməyib və Alonsoya etiraz edib. Qeyd edək ki, “Real Madrid” Xabi Alonsonu klubdan göndərib. Alonsonun yerinə “Real”ın keçmiş oyunçusu Alvaro Arbeloa təyin edilib. Bundan əvvəl futbolçularla Alonso arasında gərginlik olduğuna dair iddialar dərc edilmişdi.

Избранный
93
32
metbuat.az

10Источники