RU

Arda Gülər Xabi Alonso ilə belə vidalaşdı

İspaniyanın "Real Madrid" klubunun futbolçusu Arda Gülər istefaya göndərilən baş məşqçisi Xabi Alonso ilə vidalaşıb.
 
Moderator.az xəbər verir ki, türkiyəli yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
 
"Cənab Xabi Alonso, ilk gündən mənə inandığınız üçün təşəkkür edirəm.
 
Bizim hər söhbətimiz, hər tələbiniz mənim formalaşmağıma və daha da yüksək səviyyəyə qalxmağıma kömək etdi. Mənim üçün etdiyiniz hər şeyə görə həqiqətən minnətdaram. Mənə olan inamınız sayəsində daha yaxşı oyunçu oldum.
 
Sizə və komandanıza gələcəkdə uğurlar arzulayıram", - deyə Gülər ​​yazıb.
 
Qeyd edək ki, Xabi Alonso 2025-ci ilin yayından "Real Madrid"in baş məşqçisi idi. Onu Alvaro Arbeloa əvəzləyəcək.
 
Избранный
50
2
moderator.az

10Источники