RU

Evindən narkotik tapıldı

Yazını böyüt
Yazını kiçilt

Göyçay rayonunda quldurluq hadisəsi qeydə alınıb. Kamuflyaj olunaraq gecə saatlarında mənzillərdən birinə daxil olan naməlum şəxs kəsici alətlə ev sahibinə hədə-qorxu gələrək, ondan pulların yerini deməsini tələb edib.

Hafta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Məlumata görə, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 38 yaşlı Fərid Qəribov saxlanılıb.

Onun yaşadığı ünvana baxış keçirilərkən 5 kiloqrama yaxın narkotik vasitə olan marixuana da aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, təqsirləndirilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Избранный
97
33
hafta.az

10Источники