RU

Bakıda narkotik alverçisinə qarşı əməliyyatın ANBAAN VİDEOSU

Baku.ws portalından verilən məlumata əsasən, ain.az bildirir.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən növbəti əməliyyat tədbiri zamanı satış məqsədilə narkotik əldə etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

BAKU.WS xəbər verir ki, DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.

Keçirilən tədbirlərlə əvvəllər məhkum olunmuş, 52 yaşlı Zaur Ələsgərovun üzərindən və yaşadığı ünvandan külli miqdarda narkotik vasitə aşkar edilərək götürülüb. Belə ki, ondan ümumilikdə 6 kiloqram marixuana, 470 qram tiryək və 355 qram metamfetamin maddəsi aşkar olunub.

Araşdırmalar zamanı saxlanılan şəxs narkotik vasitələri satış məqsədilə əldə etdiyini etiraf edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
57
baku.ws

1Источники